banner
banner

İdman

Zaur Svanadze: “İnter” nəticə qazanmağı bacardı"

Zaur Svanadze: “İnter” nəticə qazanmağı bacardı"

“Rəqib çox yaxşı komanda idi. İlk oyunda 3:0 hesabıyla qalib gəlməyimizə baxmayaraq, bu oyundan öncə həyəcanlı idim”.

“Report”un məlumatına görə, bunu Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Mladost”u 2:0 hesabıyla məğlub edən Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze deyib.

Gürcüstanlı mütəxəssis çətinliklərə rəğmən, II təsnifat mərhələsinə vəsiqə qazandıqları üçün futbolçulara təşəkkür edib: “Altı ildir burda çalışıram və üç ildir ardıcıl çətinliklərlə üzləşirik. Ancaq buna baxmayaraq, “İnter” nəticə qazanmağı bacardı. Buna görə uşaqlara təşəkkür edirəm”.

Qeyd edək ki, ilk matçda da rəqibini məğlub edən (3:0) “İnter” növbəti mərhələyə vəsiqə qazanıb.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.