"Mançester Yunayted" "Everton"un futbolçusu Romelu Lukakunu transfer edib.
Cia.az-ın Mançester təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı iki klub arasında razılıq əldə olunub. 24 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
İngiltərə mətbuatı bu transfer üçün "MY"nın 75 milyon funt sterlinq ödəyəcəyini yazıb.
Qeyd edək ki, 2014-cü ildən "Everton"un şərəfini qoruyan R.Lukaku indiyə kimi 171 matçda 87 qol vurub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.