Rusiya ordusu Stavropol və Krasnodar vilayətlərində, ilhaq olunmuş Krım, Şimali Osetiya-Alaniya və Ermənistanda hərbi təlimlərə start verib.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Xəbərdə bildirilir ki, 7 poliqonda keçirilən təlimlərərə 1,7 min hərbi qulluqçu, 350 sayda hərbi və xüsusi texnika cəlb olunub. Buna Radioktiv Kimyəvi-Bioloji ordunun birləşmiş müdafiə qüvvələri, Qara dəniz və Xəzər flotu, HHQ və HHM-nin 4-cü komandanlığı daxildir.
Şərti sahə döyüşləri zamanı hərbçilər Cənub komandanlığının 2012-ci ildən bu yana istifadəsinə verilmiş silah, hərbi və xüsusi texnikanın yeni və modermləşmiş nümunələrindən istifadəni mənimsəyəcəklər.
RF Müdafiə nazirliyinin məlumatına görə, təlim məşqlərində 6-cı Radioktiv Kimyəvi-Bioloji ordunun kimyəvi kəşfiyyat maşınları (zəhərləyici maddə və radioktiv yoluxmanın müəəynləşməsi üçün istifadə olunur), termo-teste aparaturası (Aerozol pərdə yaratmaq üçün istifadə edilir), alovsaçan hərbi vasitə BMO-T (t-72 tankının bazasında), ağır alovsaçan TOS-1A “Buratino” və s. texnikadan istifadə olunur.
Xatırladaq ki, yeni hərbi təlimlər fonunda Rusiya Ukraynaya 13-cü Putin konvoyunu yönəldir, qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko isə bombardımançı sıralarına 100 min nəfərlik hərbi səfərbərlik elan edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.