Nigeriyada 2 kamikadze qadın prezident Qudlak Conatanın çıxış etdiyi stadionun yaxınlığında özünü partladıb.
ANS PRESS-in məlumatına görə, Qombe şəhərində seçki kampaniyasında iştirak edən prezident çıxışını qurtarıb stadionu tərk edəndən təxminən 1 saat sonra partlayışlar baş verib.
Kamikadzelərdən əlavə 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb.
Qeyd edək ki, Qambe "Boko Haram" radikal islamçı qrupunun fəal olduğu bölgələrdəndir. Lakin hələ partlayışları heç kəs üzərinə götürməyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.