banner
banner

İdman

"Mərhələ keçmək şansımız var" - "Samtredia"nın baş məşqçisi

"Mərhələ keçmək şansımız var" -

“Oyundan əvvəl bütün komandaların şansı olur. Biz də həmin şansdan danışırdıq. İndi də növbəti mərhələyə adlamaq şansımız var. Buna çalışacağıq”.
Qol.az-ın xəbərinə görə, bu sözləri Gürcüstanın “Samtredia” klubunun baş məşqçisi Gia Tsetsadze Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda “Qarabağ”a məğlub olduqları (0:5) görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

- Birinci penalti epizodundan hakimin səhv etdiyini düşünmürsünüz?

- Biz hakimə görə uduzmadıq. Heç kimi günahlandırmaq niyyətində deyilik. Səhvlərimiz var və oyunu analiz edib, səhvlərimizi ortaya çıxaracağıq.

- Sözlərinizdən bəlli olur ki, “Qarabağ”ın bu heyətlə meydana çıxacağını düşünməmisiniz...

- Əvvəlcədən “Qarabağ”ın belə oynayacağını bilirdik. Burada təəccüblü heç nə yoxdur.

- Ötən il “Qəbələ” komandanızın qapısından 5 qol keçirmişdi. Bakını “Samtredia” üçün uğursuz şəhər hesab etmirsiniz?

- Xeyr. Sadəcə, Azərbaycanda klub futbolu daha çox inkişaf edib

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.