Qış transfer pəncərəsində “Qarabağ”dan “Adanaspor”a keçən Reynaldo Silva Türkiyə klubundan ayrılıb.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu karyerasını İsveçrədə davam etdirəcək. Onun “Yanq Boyz” klubuna keçəcəyi gözlənilir.
Reynaldonun artıq İsveçrədə olduğu bildirilir.
Qeyd edək ki, Reynaldo “Qarabağ”da çıxış edərkən - Avropa Liqasının 2015-2016-cı il mövsümündə Bakıda “Yanq Boyz”la keçirilən oyunda (3:0) İsveçrə klubunun qapısına qol vurub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.