Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu bu günü bir məşq əsnasında başa vurub. “Sumqayıt” Samir Abasovun rəhbərliyi altında axşam məşqini keçirib. Daha çox toplu çalışmalara üstünlük verən komanda bəzi taktiki gedişlər və standard vəziyyətlər üzərində işləyib. Bundan başqa, futbolçuların sürət dözümlüyü yoxlanılıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.