|
Qazaxıstanın "Astana" klubu rəsmi sayt vasitəsi ilə “Qarabağ”ımızı Çempionlar Liqasının III mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib. Qol.az-ın xəbərinə görə, “Qarabağ” rəsmi "Facebook" səhifəsi vasitəsi ilə “Astana”ya təşəkkürünü bildirib. "Qarabağ" da Qazaxıstan təmsilçisinə Çempionlar Liqasında III mərhələyə vəsiqə qazanması münasibəti ilə təbrik edib və növbəti oyunlarda uğurlar arzulayıb. |


