banner
banner

İdman

“Qarabağ” Tiraspola kaş ki, getməsəydi...

“Qarabağ” Tiraspola kaş ki, getməsəydi...

“Qarabağ” Gürcüstanın “Samtredia” klubuna iki oyununun nəticəsinə görə 6:0 qalib gələrək inamla Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanmaqla həm azarkeşlərini sevindirib, həm də Azərbaycanın UEFA-da reytinqini bir pillə irəliyə aparıb.

İndi Azərbaycan UEFA-nın reytinqində 21-ci pillədə qərarlaşıb. “Samtredia”ya 1:0 qalibiyyətdən sonra “Qarabağ” ölkəmizin hesabına 0,250 xal qazandırıb. Nəticədə son 5 ilin əmsallarına görə hesablanan reytinqimiz 16.625-ə çatıb. Bu nəticə ilə Azərbaycan Kipri keçərək 21-ci pilləyə yüksəlib.


“Qarabağ” UEFA-nın klub reytinqində də üç pillə irəliləyərək 75-ci yerə qalxıb.


***

Image result for "Sherif" FC


“Samtredia” ilə oyun baş məşqçi Qurban Qurbanovun qurduğu plan əsasında baş tutdu. “Qarabağ”ı sanki tənqid etməyə öyrəncəli bəzi idman yazarları Tiflisdəki oyunda Ağdam klubunun istənilən kimi oynamadığı qənaətindədirlər. Bunu Qurban Qurbanovdan da soruşdular. “Bizim zəif oyunlarımız az olmayıb. Futbol elə oyundur ki, zəif də ola bilərik, məğlub da ola bilərik. Qələbələrimizi isə çox böyütmək istəmirəm. Hələlik kiçik addımlarla irəliləyirik. Klub olaraq bizim də problemlərimiz var. Hazırda futbolçularımdan tam gücü ilə oynamasını tələb edə bilmərəm. Onların bir-birinə uyğunlaşması üçün hələ vaxt lazımdır” deyən, baş məşqçi deyə bilməzdi ki, ay qardaşlar, sizə nəticə lazımdır, yoxsa əjdaha “Qarabağ”?. Klub ilk oyunda mərhələnin taleyini həll etmişdi, ikinci oyunda da uduzmadı, əksinə, qalib gəldi. Baş məşqçiyə o vaxt bu cür irad tutmaq olar ki, klub candərdi meydana çıxsın, nəticəyə oynasın, hakimin final fitini gözləsin. Ümumiyyətlə, bu cür qarşılaşmalarda məşqçinin ixtiyarında ikinci heyət olmalıdır ki, həm onları sınaqdan çıxarsın, həm əsas oyunçuları növbəti mərhələyə hazırlaşmağa imkan versin. Bizim loru dildə başa düşdüyümüz futbol da, taktika da budur, yeni Amerika kəşf etməyə ehtiyac yoxdur, klubu da tənqid etməyə. Doğrudur, hər bir yazar oyunu daha fərqli rakurs da görür, razı qalmadığı çox məsələlər olur. Amma bu yerdə tənqidin və meydanda özünü öldürən “Qarabağ”ın yeri yox idi. Yeri gəlmişkən, mən “Şehiç varkən hücumçu almaq yerinə qapıçı niyə alırlar” kimi suala Tiflisdə cavab tapa bildim. “Qarabağ”ın yeni qapıçısı sınaqdan yaxşı çıxdı, nəzər dəyməsin...

Image result for "Sherif" FC


***


“Kukesi”yə isə nəzər dəydi. Hətta qarabağlılar demişkən, “çər dəydi”..."Şerif"ə qalib gəlmək şansını yelə verdi. Göydəndüşmə penaltinı belə vura bilmədilər. Bilmirəm, nə hissdir, nəsə bu “Şerif”dən “gözüm su içmir”. Ötən yazılarda da qeyd etmişdim ki, “Qarabağ”ın rəqibinin Moldova klubu olmasını istəmirəm. Amma daha olan oldu...


Matçın geniş videoxülasəsindən çıxış edib oyuna dəqiq qiymət vermək olmur, amma “Kukesi” bu qarşılaşmada qələbəyə daha yaxın idi. İlk yarıda 2 top fərqi ilə üstün olub, mərhələni keçə bilməmək üzücüdür. “Şerif”in də buraxdığı qollar biabırçı idi. Sanki müdafiə yox idi. “Şerif” meydanda azlıqda da qalıb, amma “Kukesi” yenə heç nə edə bilməyib. Mühüm bir oyunda penaltinin o cür vurulması isə...yada “Kukesi” ilə bağlı bir neçə gün əvvəl danışılmış oyunlarla bağlı polis araşdırması düşür vallah. Bilirəm, absurd kimi görünür, amma bu “Kukesi” iki rahat top vurub, sonra penaltini qaçırması, “Şerif”in qırmızı vərəqəsi...Mən heç oynamadım, amma bilirəm ki, bukmeyker kontorlarında təkcə hesabdan deyil, deyəsən, qırmızı vərəqə, penalti kimi cəzalardan da pul qazanmaq olur. Nə yazsam, “Kukesi”nin mənə şübhəli görünən məğlubiyyətinə görə ürəyim soyumur...

Image result for "Sherif" FC Garabagh


***


“Şerif” “Qarabağ”dan güclü klub deyil, amma futbolda hər şeyi güc həll etmir ki...Düzü siyasi tərəfinə gəlsək, “Qarabağ”ın eləcə də digər klublarımızın separatçı bölgə kimi tanınan klublarla qarşılaşması arzuedilən deyil. Adamda nəsə diskomfort yaradır. Nə olsun ki, “Şerif” Moldova və UEFA bayrağı altında çıxış edir, Dnestryanı problemin kökünü dünya bilir. Amma daha nə etmək olar? Gərək Tiraspola gedək...


Amma əvvəl Bakıda oynamaq lazımdır ki, bu bizi sevindirməlidir. Burda güclü oyun göstərib “Şerif”i də evə “üzüqoylu” göndərə bilsəydik...


***


Qol.az saytı Ağdam klubunun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk oyun iyulun 25-i saat 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Moldovada oynanılacaq. Qurban Qurbanovun yetirmələri artıq məşqlərə başlayblar. Baş məşqçi Qurban Qurbanov komandaya öz bazalarında məşq keçib. “Samtredia” ilə matçda meydanda olan futbolçular bərpa məşqi ilə kifayətləniblər. Digər oyunçular isə əvəzedici heyətlə ikitərəfli oyun keçirib.


“Şerif”in heyətində həm yerli, həm də əcnəbi futbolçular var. Bir daha yada salaq ki, klubun əsas qapıçısı xorvat Zvonimir Mikuliçdir. Müdafiədə Viktor Olivyera, yerli futbolçu Petr Raku oynayır. Yarımmüdafiə xəttində braziliyalı Jo Santoş yer alır. Yarımmüdafiədə daha bir əcnəbi hollandiyalı Joremi De Noyerdir. Hücumda da “Şerif” əcnəbilərə üstünlük verib. Stefan Muqoşa Çernaqoriya futbolçusudur. Daha bir diqqətə layiq hücumçu isə Belçikalı legioner Zidi Badibanqadır.
Bu arada xəbər yayılıb ki, “Palermo”nun futbolçusu Karluş Apna Embalonun “Qarabağ”ın maraq dairəsinə düşüb. Yerli media “Sportitalia”ya istinadən məlumat yayıb ki, bu transferin gerçəkləşməsi üçün Ağdam klubu “Palermo”ya müraciət edib. Müraciətə yaxın günlərdə cavab veriləcəyi bildirilib.


23 yaşlı Qvineya-Bisaulu yarımmüdafiəçi ötən mövsüm A seriyasında 12 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.


“Şerif”i də keçsəydik...


musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.