"Suriyanın Rakka bölgəsinin 30 faizi İŞİD-dən təmizlənib". Modern.az xarici mediaya isttinadən xəbər verir ki, belə bir açıqlama ilə ABŞ Prezidenti Donald Trampın İŞİD-lə mübarizədə xüsusi nümayəndəsi Brett Makqark çıxış edib.
Brett Makqark bildirib ki, İŞİD terrorçuları mühasirəyə alınıb: "Son həftədə şəhərin 23 kilometrlik hissəsi azad edildi. Demokratik Suriya Qüvvələri də 4 mövqedən irəliləyir"
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.