Premyer Liqamızın növbəti turunda "Neftçi"nin qonağı olacaq "Simurq", hazırlıqlara başlayıb.
CIA.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ötən gün səhər saatlarında məşqə çıxan komanda fevralın 5-də paytaxta gələcək və son çalışmasın qarşılaşmanın oynanılacağı "Bekcell Arena"da edəcək.
Hazırlıqlarda yalnız Əli Gökdəmir iştirak eləmir. Ayağında ağrılar hiss edən müdafiəçi müalicəsi davam edir.
Qeyd edək ki, fevralın 6-da keçiriləcək "Neftçi" - "Simurq" oyunu saat 16:00-da start götürəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.