ANS PRESS-in məlumatına görə, Nyu-Yorkda sərnişin qatarının relsdə qalan iki avtomobillə toqquşması nəticəsində 6 nəfərin öldüyü, 12 nəfərin yaralı olduğu bildirilir. Ölənlər arasında avtomobildə olanlar da var.
Hadisə yerinə cəlb edilən xilasedici qüvvələr qəza zamanı qatarda 800-ə qədər sərnişin olduğunu açıqlayıb. Qəza Bakı vaxtı ilə 04:30da baş verib.
Qatar toqquşduğu avtomobillərdən birini 135 metr məsafədə sürükləyib. Qəzadan sonra isə qatarda yanğın meydana gəlib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.