banner
banner

İdman

“Transfer işləri yekunlaşmayıb” – “Qarabağ”dan yeni açıqlama

“Transfer işləri yekunlaşmayıb” –

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl bu gün jurnalistlərə müsahibəsində klubun yaxın vaxtlarda transfer etməyəcəyini bildirib. Bu isə Ağdam klubunun azarkeşlərinin narazılığına səbəb olub.
Məsələyə aydınlıq gətirmək üçün yenidən “Qarabağ”la əlaqə saxladıq. Klubun direktoru Əmrah Çəlikəl Qol.az-a açıqlamasında Tahir Gözəlin fikirlərinin düzgün başa düşülmədiyini deyib. O, “Qarabağ”ın transfer işlərini yekunlaşdırmadağını bildirib:
“Əslində Tahir bəy onu nəzərdə tutub ki, "Şerif”lə oyuna qədər transfer gözlənilmir. Hələ ki, bu günlər üçün yeni transferimiz yoxdur. Ancaq axtarışlarımız davam edir. Tahir bəy də istəyir ki, komandaya yeni oyunçular cəlb edilsin. Ancaq oyunçuların transferi asan edilmir. Bu, müəyyən vaxt tələb edir. Buna görə də tələsik ediləcək transferin bizə nə qədər xeyri olacağını deyə bilmərik.

Bugünkü heyətimiz “Şerif”lə mübarizə apara biləcək gücdədir. Biz baş məşqçimizə və futbolçularımıza inanırıq. Onlar əlindən gələni edəcəklər”.

Bəs hansı mövqelərə transferlər gözlənilir? Əmrah Çəlikəl hələlik bununla bağlı qərar verilmədyini qeyd edib: “Hələ ki, bizim məşqçilər korpusundan mənə bir məlumat gəlməyib. Buna görə də heç nə deyə bilmərəm”

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.