Türkiyə millisinin hücumçusu Burak Yılmaz yenidən “Trabzonspor”da oynaya bilər.
Cia.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, Qara dəniz təmsilçisinin futbolçunun çıxış etdiyi Çinin “Beijing Guoan” klubuna etdiyi 4 milyonluq təzminat təklifi qəbul olunub. 32 yaşlı futbolçunun transfer məsələsində gələn həftə yekun qərar veriləcəyi bildirilib.
Xatırladaq ki, Burak Yılmaz 2009-2012-ci illərdə də “Trabzonspor”da çıxış edib. Əlavə edək ki, Burak bu mövsüm Çin superliqasında meydana çıxdığı 11 oyunda 8 qol vurub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.