İraqın Mosul bölgəsində tuneldə gizlənərkən tapılan 16 yaşlı alman Linda Venzel barədə həqiqətlər hamını şoka salıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Mosulda 20 xarici vətəndaş həbs edilmişdi. Onlardan 5-i alman, 3-ü rus, 2-si türk, 2-si kanadalı və 4-ü övladı olan fransız qadınlar idi. Həbs edilənlər arasında olan 16 yaşlı Linza Venzelin çeçen militanla evli olduğu və İŞİD-in snayperi olduğu məlum olub.
Venzelin seks köləsi olduğu ehtimal edilirdi, lakin onun yanında silah olması həqiqəti ortaya çıxarıb. İraqa həyat yoldaşının arxasınca gəldiyi məlum olub və yeniyetmə qızın anası da bu məlumatı təsdiq edib.
İraqlı deputat Viyan Daxil bildirir ki, Venzelin sorğusu hələ davam edir və hökümətdən onun Almaniyaya təhvil verilməməsini istəyəcəyik, çünki bura terror qrupuna üzv olmaq üçün gəlib və İraq qanunları ilə cəzalandırılmalıdır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.