Avropa Komissiyası: Viza rejiminin ləğvi üçün Ankara 5 şərti icra etməlidir
Aİ-nin Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi üçün Ankara, əvvəlki kimi, 5 şərti icra etməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan deyib.
“Biz həmçinin viza liberallaşmasını müzakirə etdik. Siqnalımız aydındır: Türkiyə qalan şərtləri icra etdikdən sonra biz də öz öhdəliklərimizi reallaşdıracağıq. Sonuncu, amma çətin olan bu məsələnin həllində Türkiyəni dəstəkləməyə hazırıq. Söhbət 72 şərtdən 5-dən gedir”, - deyə Y.Xan qeyd edib.
Xatırladaq ki, Aİ və Türkiyə 2016-cı ilin martında miqrasiya böhranının nizamlanması planını razılaşdırıblar. Razılaşma Ankaranın müvafiq şərtləri icra edəcəyi təqdirdə, Aİ-nin Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq edəcəyini nəzərdə tutub. Şərtlərin arasında ölkənin antiterror qanunvericiliyinə dəyişikliklərin edilməsi də var, lakin Ankara bu dəyişikliklərin yolverilməz olduğunu və dövlət təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.