banner
banner

İdman

"Şanslar bərabərdir" - Qurban Qurbanov

"Şanslar bərabərdir" -

“Sabahkı oyunda şansları bərabərdir. Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdir, çünki mərhələ keçəcək komanda ən azından Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edir. Ona görə də, sabah bizi çətin və maraqlı mübarizə gözləyir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Şerif"lə (Moldova) cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

"Rəqibimiz təhlükəlidir, bir neçə oyun üslublarından istifadə edir. “Şerif”i olduqca yüksək qiymətləndirirəm" - deyə o bildirib.

Q.Qurbanov penaltilər seriyasına xüsusi hazırlaşmadıqlarını vurğulayıb: "Düzdür, penaltilər futbolun bir hissəsidir və bu oyunda penaltilər seriyasına qədər uzana bilər. Ancaq əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna köklənməyə çalışmışıq”.

Qeyd edək ki, "Şerif" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.