"Qarabağ"ın növbəti rəqibi nə vaxt bilinəcək? - bu həftə püşkatmadır
Çempionlar Liqasının pley-off mərhələsinə adlayan “Qarabağ” növbəti rəqibi bu həftə müəyyənləşəcək.
Qol.az-ın xəbərinə görə, pley-off-un püşkatma mərasimi avqustun 4-də keçiriləcək. Hələlik nə çempionumuzun potensial rəqibləri, nə də “Qarabağ”ın püşk zamanı səpələnmişlər, yaxud səpələnməmişlər arasında yer alacağı məlum deyil.
Bu mərhələnin ilk oyunları isə 15-16 avqustda, cavab görüşləri 22-23 avqustda olacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.