banner
banner

İdman

Hakim 6 aylıq cəzalandırıldı

Hakim 6 aylıq cəzalandırıldı

Afrika Millətlər kubokunun 1/4 final mərhələsinin Ekvatorial Qvineya - Tunis matçını idarə edən hakim Siçurn Rajindrapasard cəzalandırılıb.

Qol.Az-ın məlumatına görə, buna mavritaniyalı referinin oyunu çox aşağı səviyyədə idarə etməsi və matçın nəticəsinə təsir göstərən qərarlar verməsi səbəb olub.

Afrika Futbol Konfederasiyasının İntizam Komitəsi Rajindrapasardı 6 ay hakimlikdən uzaqlaşdırıb. Üstəlik referi elit kateqoriyasından məhrum edilib. Digər tərəfdən hakimin qərarlarına etiraz edən Tunis yığmasının futbolçularının meydandakı aqressiv davranışları səbəbindən Tunis Futbol Federasiyasına (TFF) 50 min dollar məbləğində cəza kəsilib.

Oyundan sonra bildirilib ki, TFF Afrika Futbol Konfederasiyasına üzrxahlıq məktubu göndərməyəcəyi təqdirdə Tunis yığması 2017-ci ildə keçiriləcək turnirdən kənarlaşdırılacaq. Ekvatorial Qvineya Futbol Federasiyası (EQFF) da cəzasız qalmayıb. Yığmanın azarkeşlərinin qaydalara zidd davranışları və ev sahibi ölkənin təhlükəsizlik xidmətini istənilən səviyyədə təşkil etməməsi səbəbindən EQFF 5 min dollar cərimələnib.

Qeyd edək ki, Rajindrapasardın Tunislə görüşün son dəqiqələrində ev sahibi Ekvatorial Qvineyanın lehinə penalti qərarı verməsi ciddi etirazlara səbəb olub. Meydan sahiblərinin hesabı bərabərləşdirməsi (1:1) səbəbindən əlavə vaxt təyin olunub. Referi əlavə vaxtda mübahisəli epizodda yenə Ekvatorial Qvineyanın lehinə cərimə zərbəsi təyin edib. Bu fürsətdən maksimum yararlanan meydan sahibləri 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. 

Ekvatorial Qvineya yığması yarımfinalda sabah Qana ilə qarşılaşacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.