|
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasında “səpələnməmişlər” arasında yer alacaq.
Qol.az-ın məlumatına görə, Ağdam klubu qrup mərhələsinə gedən yolda son maneəni keçmək üçün reytinqdə özündən yuxarı olan komandanı üstələməlidir. Belə ki, çempionumuz pley-offda “Olimpiakos” (Yunanıstan), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), APOEL (Kipr) və ya “Maribor”la (Slovaniya) qarşılaşacaq. Pley-off mərhələsinin püşkü avqustun 4-də Bakı vaxtı ilə saat 14:00-da atılacaq. Bu mərhələnin oyunları isə avqustun 15-16-da, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək. Çempionlar Liqası, pley-off mərhələsi Çempionlar yolu Səpələnmişlər “Olimpiakos” (Yunanıstan) “Seltik” (Şotlandiya) “Kopenhagen” (Danimarka) APOEL (Kipr) “Maribor” (Slovaniya) Səpələnməmişlər “Qarabağ” (Azərbaycan) “Astana” (Qazaxıstan) “Riyeka” (Xorvatiya) “Hapoel” (Beyer-Şeva, İsrail) “Slaviya” (Çexiya) Liqa yolu Səpələnmişlər “Sevilya” (İspaniya) “Napoli” (İtaliya) “Liverpul” (İngiltərə) MOİK (Rusiya) “Sportinq” (Portuqaliya) Səpələnməmişlər “Styaua” (Rumıniya) “Yanq Boyz” (İsveçrə) “Nitsa” (Fransa) “Hoffenhaym” (Almaniya) “Başakşəhər” (Türkiyə) Cia.az
|


