banner
banner

İdman

"Rəqib bu gün çox güclü idi" - Roman Qriqorçuk

"Rəqib bu gün çox güclü idi"

"Etiraf edim ki, hesabı açıb, amma qoruya bilmədiyimiz oyunlar olub. Bu dəfə də hesabı biz açdıq, amma qoruya bilmədik". Cia.az APA-ya istinadən xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bildirib.

Oyunsonrası mətbuat konfransında Qriqorçuk nəticəni şərh edib: “Amma bu hər dəfə qeydə alınmır. İki qol buraxdıqdan sonra rəqib qapısına daha 3 qol vurmalı idik. Lakin bunu bacarmadıq. Rəqib bu gün çox güclü idi. Həm fərdi cəhətdən, həm də sürət mənasında bizi üstələdilər”.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Panatinaikos”u qəbul edən “qırmızı-qaralar” ilk oyundakı kimi, yenə məğlubiyyətlə üzləşiblər. “Qəbələ” rəqibinə bu dəfə 1:2 hesabı ilə uduzub.

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.