banner
banner

İdman

"Qəbələ" Avroliqada mübarizəni dayandırıb

"Qəbələ" Avroliqada mübarizəni dayandırıb

Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları keçirilir. Cia.az  xəbər verir ki, Avroliqada yeganə təmsilçimiz olan “Qəbələ” Yunanıstan “Panatinaikos” klubu ilə qarşılaşıb. Oyunun 52-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Monrozun qapı qarşısına ötürdüyü top "Panatinaikos"un müdafiəçisi Moledoya dəyərək qapıya daxil olub. Amma "Qəbələ"nin qol sevinçi uzun sürməyib. Oyunun 63-cü dəqiqəsində "Qəbələ"nin qapısı qarşısına ötürülən topu Lod qola çevrilib. Müdafiəçilərin diqqətində kənar qalan Lod topu qapıya göndərib.

Oyunun 66-cı dəqiqəsində "Qəbələ" qapısında 2-ci qolu görüb. "Qəbələ" müdafiəsini çaş-baş salan Kabazes "Panatinaikos"u hesabda önə keçirib.

Qeyd edək ki, Afinada keçirilən ilk matç da  yunanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da hər iki oyunda məğlub olan "Qəbələ" Avroliqada mübarizəni dayandırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.