banner
banner

İdman

"İstefa verməyimi gözləməyin" - Klopp

"İstefa verməyimi gözləməyin"

Bu mövsüm Almaniya Bundesliqasında işləri yolunda getməyən "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp komandasının uğursuz çıxışını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, Almaniya mətbuatına danışan Klopp istefa verməyi düşünmədiyini bildirib:

"Hazırkı vəziyyətə cəsarətlə yanaşmalıyıq. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmışıq. Lakin "Ausburq"la oyunda çatışmazlıqlar oldu. Həmin matç mövsümün ilk yarısındakı oyunlarımızı xatırlatdı. Yeganə müsbət cəhət komandanın fiziki hazırlığının yaxşı vəziyyətdə olmasıdır. Bundan maksimum istifadə etməliyik. Mövsümün ikinci dövrəsində bizə çətin olacağını bilirəm. Lakin komandanın Bundesliqada qalması üçün lazımi xalları toplayacağına inanıram. İstefa verməyi də düşünmürəm. Bunu məndən gözləməyin".

Qeyd edək ki, "Borussiya" Bundesliqanın geridə qalan 19 turundan sonra 16 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.