İtaliya kubokunun 1/4 finalında səfərdə "Napoli"yə uduzan "İnter"in baş məşqçisi Roberto Mançini oyunla bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, "Football İtalia"ya danışan təcrübəli mütəxəssis komandasının son dəqiqələrdə qol buraxmasından gileylənib:
"Deməyə sözüm yoxdur. Belə qol buraxmaq olmaz. Pis oynamadıq. Ancaq görüşün sonuna 30 saniyə qalmış qapımızda qol gördük. Hərçənd 30 saniyə də dözə bilsəydik, oyun əlavə vaxt təyin olunacaqdı. Lakin çox təəssüf ki, son saniyələrdə top buraxmaqla bu şansımızı itirdik. Yalnız bir söz deyə bilərəm - biz axmağıq. Çünki belə qol buraxmaq çox ağırdır. Sonuncu dəfə ardıcıl 3 oyunda məğlub olduğumu xatırlamıram. Bəlkə də, 10 il öncə olub".
Qeyd edək ki, səfərdə "Napoli"yə 0:1 hesabı ilə uduzan "İnter" kubokda mübarizəni dayandırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.