banner
banner

İdman

Bundesliqa klubunda baş məşqçi istefası

Bundesliqa klubunda baş məşqçi istefası

Almaniya Bundesliqa klublarından "Herta" (Berlin) baş məşqçisi Jos Luhukayla yollarını ayırıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna komandanın uğursuz çıxışı səbəb olub.

Son turda evdə "Bayer"ə 0:1 hesabı ilə uduzan Berlin təmsilçisi 51 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib. Luhukayla birgə köməkçiləri Markus Gelhaus və Rob Reekers də komandadan ayrılıb. Klubu müvəqqəti olaraq komandanın sabiq futbolçusu Pal Dardai çalışıdıracaq.

Qeyd edək ki, 2012-ci ildən "Herta"nı çalışdıran Luhukay 2012/2013 mövsümündə komandasını II Bundesliqanın qalibi edərək yüksək liqaya vəsiqə qazanmışdı. Hazırda isə "Herta" 18 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.  



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.