Türkiyə “Eurovision” mahnı mnüsabiqəsi ilə bağlı yeni qərarını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, 2013-cü ildə “Eurovision”ın səsvermə və püşk sistemini tənqid edən TRT müsabiqədə bir daha iştirak edilməyəcəyi barədə qərar vermişdi.
Avropa Yayım Birliyinin şikayətdən sonra üzr istəməsi Türkiyənin müsabiqədə yenidən iştirak etməsi üçün zəmin yaradıb.
“Sadəcə səsvermə sistemində yox, əxlaqi məsələlərlə bağlı da problemlər vardı. Bunlara əsasən şikayət etmişdik. AYB-nin bizim tələblərimizi yerinə yetirəcəyi təqdirdə, müsabiqədə iştirak edəcəyik” – deyə TRT-nin icraçı direktoru Şenol Göka bildirib.
Qeyd edək ki, Türkiyə Avropa Yayım Birliyi tərəfindən təşkil edilən yarışmaya ilk dəfə 1975-ci ildə qatılıb. Bu günə qədər 34 dəfə yarışmada iştirak edən Türkiyə, son 10 il ərzində bir birincilik, üç dördüncülük, iki yedincilik və bir ikincilik qazanıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.