banner
banner

Dünya

Yaltada "üçlük" abidəsi

Yaltada "üçlük" abidəsi

Rusiya tərəfindən ilhaq edilmiş Krımda anti-Hitler koalisiyasının Yalta konfransının 70 illiyi münasibətilə “Böyük üçlük” abidəsinin açılış mərasimi olub.

ANS PRESS-in məlumatına görə, Zurab Tseretelinin müəllifi olduğu bu abidə 1945-ci ildə konfransın keçirildiyi Livadiya sarayının qarşısında açılıb.

Heykəltəraş əsərini Krıma 2005-ci ildə bağışlamışdı. Lakin həmin vaxt abidənin məqsədəuyğunluğu debatlara səbəb olub, nəticədə indiyədək abidə açılmayıb.

Böyük Britaniyanın baş naziri Uinston Çörçil, ABŞ prezidenti Franklin Ruzvelt və sovet lideri İosif Stalin Livadiya sarayında 1945-ci il fevralın 4-11-də görüşüblər. Bu konfransda Polşanın Sovet nüfuz dairəsinə verilməsi, Almaniyanın sektorlara bölünməsi kimi ziddiyyətli razılaşmalar əldə olunub. Ukrayna hökuməti abidənin açılışından məhz bu ziddiyyətlərə görə imtina edirdi.

Abidənin açılış mərasimində Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin iştirak edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.