"Bir oyuna sığmayacaq qədər hücumlar etdik" - Samir Abasov
“İlk oyunun belə gərgin keçəcəyini düşünmürdük. Yaxşı motivasiyamız var idi, Sumqayıtda hamı bu oyundan danışırdı”. Bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın ilk turunda “Kəpəz”ə qalib gəldikləri oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib. O, qələbəyə baxmayaraq, komandasında müəyyən çatışmazlıqlar olduğunu bildirib: “Məncə, ikinci hissəyə yaxşı başlamadıq. Düşünürəm ki, rəqibin vurduğu qol komandanı bir qədər həyəcənlandırdı. Bir oyuna sığmayacaq qədər hücumlar etdik. Çalışacağıq ki, bundan sonrakı oyunlarda da belə hücumlar edək və bunlardan yararlanaq. Yaxşı hücumçularımız var. Bu gün şanslardan yararlana bilməməyimizi bəxtlə əlaqələndirirəm. Ümid edirəm ki, bundan sonrakı oyunlarda belə səhvlər etməyəcəyik.”
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.