Edinburq Universitetinin alimləri Antarktidanın qərb hissəsində buzlaqların altında 100-ə yaxın vulkan aşkar edib. Modern.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Qardian” qəzeti araşdırmada iştirak edən alimlərə istinadən məlumat yayıb.
“Biz şoka düşmüşdük. Bu qədər vulkanın tapılacağını gözləmirdik. Bu vulkanların neçəsinin aktiv olduğunu bilmirik. Yaxın zamanda bunu öyrənəcəyik”, - araşdırmada iştirak edən Robert Binqem deyib.
Qəzet bildirib ki, tapılan vulkanların hündürlüyü 100-3850 metr arasındadır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.