Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Kopenhagen"i 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın üzvü Donald Gerrye oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, o, əvvəlcə minimal hesablı qələbəni şərh edib:
- Böyük oyunda qalib gəldik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Qarşıda cavab oyunu var və həmin matça ciddi hazırlaşmalıyıq.
- Danimarkada və ya Skandinaviya klublarına qarşı oynamısan?
- Onu xatırlayıram ki, “Malmö”yə qarşı oynamışam. Ancaq onlar bizi mübarizədən kənarlaşdırmışdı. Həmin oyun uğursuz olmuşdu.
- Oyun ərzində çox vaxt xəsislik edirsən və ötürmə etmirsən. Bunun səbəbi nədir?
- Bunun xüsusi səbəbi yoxdur. Epizodlardan asılıdır. Bəzən ötürmə verirəm, bəzən isə qapıya zərbə endirirəm. Hər şey oyunun gedişinə görə baş verir.
- Rəqib futbolçular “Qarabağ”ın oyunçularını təxribata çəkərək hakim tərəfindən cəzalanmağınıza çalışırdılar. Hətta sən də “Kopenhagen”li futbolçu ilə gərgin an yaşadın...
- Futbolda baş verən normal hadisələrdir. Mən bunları normal qarşılayıram. Çalışıram ki, rəqibin təxribatına uymayım. Mən bura böyük uğurlar üçün gəlmişəm
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.