Pentaqon rəhbəri: “İŞİD-in sonuna sayılı günlər qalıb”
ABŞ müdafiə naziri Ceyms Mettis İŞİD qruplaşmasının sonuna sayılı günlərin qaldığını deyib.
Mettis bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Gördüyünüz kimi İŞİD iki tərəfdən sıxılmış vəziyyətdədir. Onların məğlubiyyətinə sayılı günlər qalıb. Amma İŞİD-in yekun məhvinə hələ xeyli vaxt var”.
Onun sözlərinə görə İŞİD artıq sonuncu müdafiə xəttinə çəkilib və qruplşama üzvləri mübarizəni uduzduqlarını anlayır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.