İki erməni kişi Rusiyanın paytaxtında məktəblinı oğurlayıb, sonra pul tələb edib.
ANS PRESS-in məlumatına görə, Moskva polisi artıq məktəblinin oğurlanmasında şübhəli bilinən şəxsləri saxlayıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, onlar iki nəfər olublar.
Polisi məlumatlandıran mənbə hadisənin şənbə günü yerli vaxtla axşam saat 21:00-da baş verdiyini deyib. Paytaxtın Kapotye rayonunda naməlum şəxslər 1997-ci il təvəllüdlü məktəblini döyüblər, sonra isə avtomobilə qoyaraq naməlum istiqamətə aparıblar.
Cinayətkarlar daha sonra telefonla onun dostuna zəng vuraraq yeniyetmənin azad edilməsi üçün 100 min rubl tələb ediblər.
Adam oğruları oğlanı pul yığmaq üçün buraxıblar. Oğruların əlindən qurtulan yeniyetmə kömək üçün polisə müraciət edib. Məktəblinin şikayətindən sonra polis şənbə günündən bazar gününə keçən gecə iki Ermənistan vətəndaşını saxlayıb.
Polis bölməsinə aparılan ermənilər hazırda dindirilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.