Slovakiyanın "Jilina" klubu millimizin hücumçusu Ramil Şeydayevlə yolları ayırır. Bunu komandanın baş məşqçisi Adrian Gula Sport24.az-a açıqlamasında deyib. O bildirib ki, Ramil daha çox oynamaq üçün özünə yeni klub tapmalıdır: “Ramilin əvəzedici heyətdə oynaması cəza ilə əlaqədar deyil. Sadəcə, biz onunla icarə müqaviləsinə xitam vermək istəyirik. Çünki futbolçunun daha çox oynamağa ehtiyacı var. Hazırda məxsus olduğu "Trabzonspor"la danışıqlar aparır. Özünə yeni klub tapmalıdır".
Qeyd edək ki, müqavilə ilə "Trabzonspor"a məxsus olan hücumçu ötən mövsümdən "Jilina"da icarə əsasında çıxış edir
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.