BMT mülki şəxsləri hədəf alan istənilən hücumu qınayır.
Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.
“Rakkada son günlər baş verən hücumlarda xeyli insan ölüb və yaralanıb. 25 min şəxs həmin silahlı atışmaların əhatəsində köməksiz qalıb. Suriyadakı bütün tərəflər mülki şəxslərin qorunması ilə bağlı lazımı tədbirlər görməlidir”, - Dujarrik bildirib.
Qeyd edək ki, koalisiyanın növbəti aviazərbəsi zamanı xeyli dinc sakin Rakka həyatını itirib.


