Trend-in məlumatına görə, UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün Danimarkanın Kopenhagen şəhərindəki “Parken” stadionunda təmsilçimiz “Qarabağ” “Kopenhagen” klubu ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 22:45-də başlayacaq qarşılaşmanı ispaniyalı hakimlər idarə edəcək:
Baş hakim: Alberto Undiano Malyenko Baş hakimin köməkçiləri: Roberto Alonso, Raul Kabanero Dördüncü hakim: Dieqo Barbero Sevilya Əlavə köməkçi hakimlər: Alexandro Hernandes, Xose Maria Sançes Martines
Xatırladaq ki, bu komandalar arasında avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk oyun 1:0 hesabı ilə “Qarabağ”ın xeyrinə yekunlaşmışdı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.