banner
banner

Dünya

300 nəfər sudan zəhərləndi

300 nəfər sudan zəhərləndi

Türkiyənin Bursa vilayətində sudan kütləvi zəhərlənmə hadisəsi baş verib. Yenişəhər rayonunda azı 300 nəfər ürək bulantısı və baş gicəllənməsi şikayəti ilə xəstəxanalara yerləşdirilib. Məlumata görə, xəstələrdən bəzilərinin vəziyyəti ağırdır. Xəstələr arasında azyaşlı uşaqlar və ahıl insanlar da var.

Rəsmilər su anbarında aparılan yeniləmə işləri ilə əlaqədar suyu çirkəldiyini, zəhərlənməyə də məhz bunun səbəb ola biləcəyini deyiblər. Hazırda faktla bağlı istintaq araşdırması başladılıb.

Rayon xəstəxanasında palataların az olması isə, xəstələrə xidmətdə əlavə problemlərə yol açıb. Həkimlər bəzi xəstələrə dəhlizdə müdaxilə ediblər.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.