banner
banner

İdman

“Kəpəz”dən heç yerə gedən deyiləm" - Şahin Diniyev

“Kəpəz”dən heç yerə gedən deyiləm"

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 3-cü turunda səfərdə “Neftçi”  qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:

 - Gərgin oyun idi. Yeni komandayıq. Hamısı cavan uşaqlardır, birinci dəstədən gələn futbolçular var. Səbr etmək, bir az gözləmək lazımdır. Komanda meydanın hər qarışı uğrunda vuruşdu. “Neftçi”nin üstünlüyü var idi, bunu boynumuza almalıyıq. Amma komanda vuruşduğu üçün 1 xalı qazandı. “Neftçi” bu gün ən yaxşı oyunlarından birini keçirdi.

- İlyas Səfərzadə və Kamran Abdullazadə bu dəfə ehtiyatda qalmışdılar...

- Rəqibi analiz etmişdik. Onlar hücumda çox güclüdülər. Buna görə də, dağıdıcı futbolçulardan istifadə etməli idik. Şadam ki, gənc futbolçularımız ansamblı pozmadı. Məşqdə kim daha yaxşı görünürsə, onlardan istifadə etməyə çalışırıq.

- İstədiyinizi aldınmı?

- Gördük ki, komandamızda potensial var. Getdikcə daha da “artırıb”, üstünə qoymalıyıq. Bu gün 1 xal bizim üçün çox vacib idi. Komandanın özünə gəlməsi mənasında bu, böyük önəm kəsb edirdi. Futbolçularımın meydandakı vuruşundan razı qaldım.

- “Neftçi”yə gəlməyi ehtimal olunan məşqçilərin sırasında sizin də adınız çəkilir. Bu “Neftçi”ni qəbul etmək istərdinizmi?

- “Neftçi”nin öz siyasəti var. Komandanın çox yaxşı futbolçuları var. “Neftçi” ilk 2 oyunu belə keçirsəydi, xallar qazanardı. Mən isə “Kəpəz”dən heç yerə gedən deyiləm. Azarkeşlər, rəhbərlik qarşısında öhdəliyim var. Bu futbolçuları mən yığmışam.

- “Kəpəz” çempionatda neçənci yerlər uğrunda mübarizə apara bilər?

- Belə artıraraq davam etsək, istədiyimiz yerdə ola bilərik. Üç oyuna əsasən, bu suala konkret cavab vermək olmaz. Əsas odu ki, stabil oyunumuzu “tutaq”

cİA.AZ



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.