Prezident Əfranla zarafatlaşdı: "Topu arxada çox saxlama"
Prezident İlham Əliyevin ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” klubunun heyəti ilə görüşünün qeyri-rəsmi hissəsində maraqlı anlar yaşanıb. Ölkə başçısının futbolçularla səmimi dialoqu olub. Xüsusilə, İ.Əliyevin son vaxtlar tənqidlərə məruz qalan Əfran İsmayılovla dialoqu gülüşlərə səbəb olub. Belə ki, İlham Əliyev üzünü futbolçuya tutaraq “Səni izləyirəm, yaxşı driblinqlərin və sürətin var. Amma topu cərimə meydançasının yanında və arxada çox saxlama” deyib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.