Gürcüstanın Təhsil Nazirliyi Dəmirəl kollecinin lisenziyasını yeniləməkdən imtina edib. Cia.az axar.az-a istinadən xəbər verir ki, nazirlik buna səbəb kimi sözügedən kollecin FETÖ şəbəkəsi ilə əlaqəsinin olduğunu göstərib.
5 illik lisenziya müddətini bitməsi səbəbindən nazirliyə müraciət ünvanlayan kollec rəhbərliyi neqativ cavab alıb.
Qərarda kollecdəki təhsil sisteminin ölkə standartlarına uyğun olmaması, müəllim qəbulu və struktur dəyişikliyi kimi proseslərdə uyğunsuzluqların olduğu bildirilib.
Nazirlik rəsmiləri verilən qərarın 10 iş günü ərzində qüvvəyə minəcəyini və bununla da kollecin fəaliyyətinin dayandırılacağını vurğulayıblar.
Qeyd edək ki, hazırda Gürcüstanda FETÖ ilə bağlantılı 4 təhsil ocağı fəaliyyət göstərir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.