Qol.az-ın klubun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, gürcüstanlı legioner Tamazi Tsetsxladze ölkəsinin 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb.
Yığmanın baş məşqçisi Giorgi Geguçadzenin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşa ilə keçiriləcək oyun üçün açıqladığı heyətdə “Səbail”in gənc müdafiəçisinin də adı var.
Xatırladaq ki, Gürcüstan - Polşa matçı sentyabrın 1-də Qori şəhərində Tengiz Burjanadze adına stadionda keçiriləcək
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.