"Barselona"nın futbolçusu Lionel Messi növbəti rekorda imza atıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu İspaniya La Liqasının 22-ci turunda "Atletik"lə keçirilən görüşdə iki qolun ötürməsini verib.
Bununla da o, La Liqa tarixində ən çox məhsuldar ötürmə verən Luiş Fiqonun rekordunu (106) yeniləyib.
Qeyd edək ki, "Atletik" - "Barselona" görüşü qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.