Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqada yaranan fasilədən istifadə edən "Qəbələ" yoxlama oyunu keçirib.
Qol.az-ın məlumatına görə, komanda İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Sumqayıt"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub. "Sumqayıt"ın heyətində Cavid İmamverdiyev (2) və Amil Yunanov fərqlənib. "Qırmızı-qaralar"ın yeganə qolunu isə penaltidən Endi Hallidey vurub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.