banner
banner

İdman

“Qarabağ”dan gələn təklifə təəccübləndim" - Enrike

“Qarabağ”dan gələn təklifə təəccübləndim"

“Əvvəlcə “Qarabağ”dan gələn təklifə  təəccübləndim. PAOK-da vəziyyət yaxşı deyildi. Başa düşürdüm ki, komandanın Avropa Liqasında qrupa vəsiqə qazanmaq şansı azdır”.

Bu sözləri “Qarabağ”ın yeni transferi Pedro Enrike deyib.
Braziliyalı yarımmüdafiəçi “Arena Press” qəzetinə açıqlamasında Ağdam klubuna keçidi haqda danışıb:
“PAOK son günlər yeni transferlər etdi. Mən isə daha çox oynamaq istəyirdim. Düzdür, PAOK-da qalmaq istəyirdim. Ancaq artıq 27 yaşım var, daha çox oynamalıyam. Salonikidə unudulmaz anlar yaşadım, kubok qazandıq. Ancaq futbol da sürətlə dəyişir. Əminəm ki, PAOK-a qayıdacam. Bu komandanın qapıları mənim üçün bağlanmayıb”.
Pedro “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının seçiminə böyük təsir etdiyini vurğulayıb: “Qarabağ”da oynamaq mənə maraqlı gəldi. Çempionlar Liqasında iştirak etmək hər vaxt nəsib olmur. Bəlkə də PAOK-a qayıdanda orda da ÇL-in qrup mərhələsində çıxış edəcəm”

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.