banner
banner

İdman

Mbappe PSJ-nin iştirak ərizəsində

Mbappe PSJ-nin iştirak ərizəsində

Kilian Mbappe sabah PSJ-də debüt edə bilər.

Fransalı hücumçu ölkə çempionatının 5-ci turunda "Mets"ə qarşı oyun üçün sifariş ərizəsində yer alıb. Paris klubunun baş məşqçisi Unai Emeri görüş öncəsi keçirdiyi mətbuat konfransında 19 yaşlı futbolçunun bu görüşə hazır olduğunu bildirib.

Qeyd edək ki,  "Mets"- PSJ matçı sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xatırladaq ki, K.Mbappe mövsümün sonunadək paytaxt klubunda icarə əsasında çıxış edəcək. Mövsümün sonunda isə PSJ onunla 2022-ci ilə qədər müqavilə imzalayacaq. Bu keçid üçün klub oyunçunun müqavilə ilə məxsus olduğu  “Monako”ya 180 milyon avro ödəyib

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.