banner
banner

Dünya

İŞİD-ə daha bir zərbə

İŞİD-ə daha bir zərbə

Əfqanıstanda pilotsuz təyyarədən açılan raket atəşi nəticəsində İŞİD tərəfinə keçmiş səhra komandiri öldürülüb.

ANS PRESS-in məlumatına görə, Molla Əbdul Rauf Helmənd vilayətində Talibanın səhra komandirlərindən biri olub.

Bu ilin yanvar ayında o talibləri tərk edərək İŞİD-ə sədaqət andı içərək beyət etmişdi.

Xəbərlərə görə, bundan sonra Əbdul Rauf Helmənd vilayətində səfərbərlik kampaniyasına başlayıb.

Yerli ağsaqqallar onun avtomobilinin hava zərbəsi nəticəsində məhv edildiyini təsdiqləyərək maşında 6 nəfərin olduğunu bildiriblər.

Onların sözlərinə görə, avtomobildə silah-sursat daşınırmış.

İŞİD-in Suriyadakı rəhbərliyi molla Əbdul onu Malikinin Xorasanda (Əfqanıstan) müavini elan etmişdi.

Əbdul Rauf 2001-ci ildə ABŞ hərbçiləri tərəfindən əsir götürüldükdən sonra 6 il ərzində Kubada, Quantanamo bazasında saxlanmışdı. 2007-ci ildə isə ABŞ onu Əfqanıstan rəsmilərinə təhvil vermişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.