banner
banner

Dünya

Batan gəmidə 29 nəfər donaraq öldü

Batan gəmidə 29 nəfər donaraq öldü

Aralıq dənizində 105 nəfəri daşıyan qaçaq gəmisində 29 nəfər soyuq hava səbəbilə donaraq ölüb.

ANS PRESS-in məlumatına görə, İtalyanın Lampedusa adası sahillərində batan gəminin xilasetmə işləri üçün sahil təhlükəsizlik qrupları xilasetmə əməliyyatı təşkil edib.

Əməliyyat əsnasında bədən temperaturunun aşağı düşməsi səbəbilə can verən 7 miqrantın cansız bədənini gəmidən çıxarılıb. Xilas edilən miqrantlardan 22 nəfəri isə Lampedusaya aparıldıqları sırada eyni səbəbdən yolda həyatını itirib.

Qeyd edək ki, hadisədən bir gün əvvəl İtaliya sahil təhlükəsizlik qrupları ilə əlaqə quran gəmidən kömək istənilib. Əməliyyat Aralıq dənizində ən çox istifadə edilən Liviya ilə İtaliya arasındakı Siciliya Kanalı marşrutunda keçirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.