"İnter" klubunun sabiq baş məşqçisi Ualter Matsari Yaponiya millisindən təklif alıb.
Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis Asiya təmsilçisini çalışdırmaqdan imtina edib.
O, buna səbəb kimi "Fiorentina" və "Roma" klublarının onunla maraqlanmasını göstərib. Yaponiya Futbol Federasiyası bir müddət öncə istefaya göndərilən Xavyer Aqirreni avropalı mütəxəssislə əvəzləmək niyyətindədir. Federasiya rəhbərliyinin hazırda Avropanın bir neçə təcrübəli mütəxəssisi ilə danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, daha öncə digər italiyalı Çezare Prandelli Yaponiya millisinin təklifini rədd edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.