banner
banner

İdman

Millimizdən biabırçı məğlubiyyət

Millimizdən biabırçı məğlubiyyət

“Avro-2016”nın seçmə mərhələ oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, Azərbaycan millisi bu gün seçmə mərhələdə üçüncü oyununa çıxıb.

Berti Foqtsun komandası səfərdə Xorvatiya ilə üz-üzə gəlib. İlk oyunda Bolqarıstana, oktyabrın 10-da isə İtaliya millisinə 1:2 hesabı ilə uduzan yığmamız çətin səfər matçından xalla qayıtmağa çalışacaqdı. Lakin yığmamız bu görüşdə biabırçı məğlubiyyətlə üzləşib - 0:6.

13 oktyabr

“Avro-2016”nın seçmə mərhələsi

H qrupu

23:45. Xorvatiya – Azərbaycan - 6:0
Qollar: Andrey Kramariç, 11 (1:0), İvan Perişiç, 34, 45 (3:0), Marselo Brozoviç, 45+1 (4:0), Luka Modriç, 56-pen (5:0), Rəşad Sadıqov, 61-avtoqol (6:0)
Hakimlər: Stefan Studer, Sandro Pozzi, Yan-Yves Viçt (İsveçrə)
Osiyek. "Qradski" stadionu

Xorvatiya: Daniel Subaşiç, Vedran Corluka, Dariyo Srna, Domaqoy Vida, Daniel Pranyiç, İvan Rakitiç, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, Mario Mandzukiç, Andrey Kramariç

Ehtiyat oyunçular: Lovre Kaliniç, İvan Varqiç, İvan Tomeçak, İvan Striniç , Marko Leskoviç, Hrvoje Miliç,Şilfend, İvan Perisiç, Alen Haliloviç, Domaqoy Antoliç, Duje Kop, İvisa Oliç

Azərbaycan: Kamran Ağayev, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Elnur Allahverdiyev, Maksim Medvedev, Rasim Ramaldanov, Rahid Əmirquliyev, Qara Qarayev, Rauf Əliyev, Araz Abdullayev, Dmitri Nazarov

Ehtiyat oyunçular: Səlahət Ağayev, Rüfət Dadaşov, Emil Balayev,İlkin Qırtımov, Elvin Yunuszadə, Ufuk Budak, Tərlan Quliyev, Cavid Hüseynov, Taşkın İltər, Məhəmməd Qurbanov, Vüqar Nadirov, Ağabala Ramazanov



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.