banner
banner

İdman

ÇL-də qrup mərhələsi start götürür - Yenilənir

ÇL-də qrup mərhələsi start götürür

Bu gün UEFA Çempionlar Liqasında 2017/18 mövsümünün qrup mərhələsinə start veriləcək. 
Qol.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək. Əvvəlcə A, B, C və D qruplarının iştirakçıları meydana çıxacaqlar. 

Tarixində ilk dəfə ÇL-in qrup mərhələsinə yüksələn Azərbaycan çempionu “Qarabağ”ı səfərdə “Çelsi” ilə çətin oyun gözləyir. Qrupun digər matçında isə “Roma” öz meydanında “Atletiko”nu sınağa çəkəcək. 

A qrupunun favoriti “Mançester Yunayted” öz meydanında “Bazel”lə üz-üzə gələcək. 

Yarışın iddialılarından olan “Bavariya” “Anderlext”i qəbul edəcək. Bahalı transferləri ilə diqqəti üzərinə çəkən PSJ isə səfərdə “Seltik”in qonağı olacaq. 

Günün ən çox maraqla gözlənilən qarşılaşması isə “Nou Kamp”da oynanılacaq. “Barselona” ötən il 1/4 finalda uduzduğu “Yuventus”la görüşəcək. 

Qeyd edək ki, qrup mərhələsində ilk tura sentyabrın 13-də yekun vurulacaq.

12 sentyabr

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

A qrupu

22:45. “Mançester Yunayted” (İngiltərə) - “Bazel” (İsveçrə)

22:45. “Benfika” (Portuqaliya) - MOİK (Rusiya) 

B qrupu

22:45. “Bavariya” (Almaniya) - “Anderlext” (Belçika)

22:45. “Seltik” (Şotlandiya) - PSJ (Fransa)

C qrupu

22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan)

22:45. “Roma” (İtaliya) - “Atletiko” (İspaniya)

D qrupu

22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya)

22:45. “Olimpiakos” (Yunanıstan) - “Sportinq” (Portuqaliya)

13 sentyabr

E qrupu

22:45. “Sevilya” (İspaniya) - “Liverpul” (İngiltərə)  

22:45. “Maribor” (Sloveniya) - “Spartak” (Moskva, Rusiya)

F qrupu

22:45. “Feyenord” (Hollandiya) - “Mançester Siti” (İngiltərə)

22:45. “Şaxtyor” (Ukrayna) - “Napoli” (İtaliya)

G qrupu

22:45. “Leyptsiq” (Almaniya) - “Monako” (Fransa)  

22:45. “Porto” (Portuqaliya) - “Beşiktaş” (Türkiyə)

H qrupu

22:45. “Real” (İspaniya) - APOEL (Kipr)

22:45. “Tottenhem” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.