Rusiyada BOMBA HƏYƏCANI - Kinoteatr, məktəb, bazar təxliyə edildi
Maqadanda iki kinoteatr, bir neçə məktəb, ali məktəb və bazardan vətəndaşlar təxliyə edilib.
Trend-in məlumatına görə, təhlükəsizlik xidmətinin region üzrə nümayəndəsi bildirib ki, buna səbəb həmin yerlərə bomba qoyulması barədə anonim zənglərin alınması olub.
Onun sözlərinə görə, kütləvi bomba qoyulması barədə anonim zəng ümumi "112" xidmətinə daxil olub.
Nümayəndə bildirib ki, anonim zəngdən dərhal sonra həmin obyektlər təxliyə edilib və ərazi nəzarətə götürülüb: "Vətəndaşlardan xahiş edirik ki, təşvişə düşməsinlər, vəziyyətə tam nəzarət edirik".
Nümayəndənin sözlərinə görə, artıq anonim zəng edən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlanılıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.